Pyotr Poroşenko parlamenti buraxıb

Pyotr Poroşenko parlamenti buraxıb Növbədənkənar parlament seçkiləri bu ilin oktyabr ayının 26-da keçiriləcək
Digər ölkələr
26 Avqust , 2014 10:41
Pyotr Poroşenko parlamenti  buraxıb

Bakı. 26 avqust. REPORT.AZ/ Ukraynanın prezidenti Pyotr Poroşenko Ukrayna Ali Radası yeddinci çağırışının səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında fərman imzalayıb.

Report-un "İnterfaks-Ukrayna"-ya istinadən verdiyi xəbərə görə, bu barədə prezident özü bildirib.

Prezidentin sözlərinə görə, parlamentdə bir neçə deputatdan ibarət qrup var ki, onları seçən xalqın maraqlarını təmsil etmirlər. 

"Məhz bu deputatların əksəriyyəti yüzlərlə insanın həyatına son qoyan diktator qanunlarını təsdiq ediblər və buna görə cavab vermək lazımdır" - deyə,  prezident qeyd edib. 

P.Poroşenko demokratik siyasi qüvvələri vahid pro-Ukrayna, pro-Avropa komandası kimi seçkilərə gəlməyə çağırıb.

Növbədənkənar parlament seçkiləri  2014-cü ilin oktyabr ayının 26-da keçiriləcək.

Xatırladaq ki, iyulun ortalarında bu ilin mart ayında Ukrayna hökumətini formalaşdıran deputat fraksiyaları koalisiyası onun tərkibindən "UDAR" ("Zərbə") və "Svoboda" ("Azadlq") fraksiyalarının çıxmasından sonra dağılıb. 

Son xəbərlər

Orphus sistemi