Putin və Tramp arasında telefon danışığı olub

Putin və Tramp arasında telefon danışığı olub Rusiya prezidenti həmkarını Koreya məsələsində təmkinli olmağa çağırıb
Digər ölkələr
2 May , 2017 22:39
Putin və Tramp arasında telefon danışığı olub

Bakı. 2 may. REPORT.AZ/ Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı olub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Kremldən məlumat verilib.

Liderlər Suriyada terrorçuluqla mübarizədə Rusiya və ABŞ-ın fəaliyyətinin əlaqələndirilməsi perspektivlərini, həmçinin Koreya yarımadasındakı vəziyyəti müzakirə ediblər. Qeyd olunur ki, Putin qarşı tərəfi gərginliyin səviyyəsini aşağı salmağa və təmkinli olmağa çağırıb.

Putin və Tramp telefonla əlaqə saxlamaq barədə razılığa gəliblər və G20-nin iyulda Hamburqda keçiriləcək sammiti çərçivəsində şəxsən görüşmək fikrində olduqlarını ifadə ediblər.

Liderlər, eləcə də, Suriya böhranının həlli variantlarının axtarışı üzrə xarici siyasət idarələri rəhbərləri arasında dialoqun fəallaşdırılması barədə şərtləşiblər. Qeyd olunur ki, bu, Suriyada münaqişənin real olaraq nizamlanması prosesinin işə salınması üçün zəmin yaradacaq.

Putin və Trampın söhbəti Amerika prezidentinin andiçmə mərasimindən sonra sayca üçüncüdür.

Son xəbərlər

Orphus sistemi