Yuxarı

Putin: "Türkiyə ilə münasibətlərin bərpasına səmimi şəkildə cəhd göstəririk"

Rusiya dövlət başçısı Rusiya-Türkiyə münasibətlərinin bərpasında vasitəçilik etdiyinə görə Qazaxıstan prezidentinə minnətdarlığını bildirib

Bakı. 16 avqust. REPORT.AZ/ "Türkiyə ilə münasibətlərin bərpasına səmimi şəkildə cəhd göstəririk".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin qazaxıstanlı həmkarı Nursultan Nazarbayevlə Astanada keçirdiyi görüşü zamanı deyib.

Putin Rusiya-Türkiyə münasibətlərinin bərpasında vasitəçilik etdiyinə görə Qazaxıstan prezidentinə minnətdarlığını bildirib.

"Ərdoğanın səfəri münasibətlərin bərpas məsələsində qarşılıqlı niyyəti təsdiq edir", - deyə, V.Putin qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi