Yuxarı

Putin, Poroşenko və Merkel Ukraynanın şərqində ATƏT-in fəaliyyəti ilə bağlı atılacaq addımları razılaşdırıblar

Rusiya, Almaniya və Ukrayna rəhbərləri arasında telefon danışıqları baş tutub

Bakı. 17 fevral. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel və Ukrayna prezidenti Pyotr Poroşenko Donbasdakı vəziyyətlə bağlı konkret addımları razılaşdırıb. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu addımlar ATƏT müşahidəçilərinə Ukraynanın şərqində vəziyyətin monitorinqini aparmağa imkan verəcək. 

Təfərrüatları açıqlanmayan bu addımlar üç ölkənin rəhbərləri arasında dünən axşam baş tutan telefon danışıqları zaman razılaşdırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi