​Putin Kadırovu Çeçenistan rəhbərinin səlahiyyətlərini icra edən təyin edib

​Putin Kadırovu Çeçenistan rəhbərinin səlahiyyətlərini icra edən təyin edib Rusiya lideri siyasətçinin sentyabr seçkilərində iştirak edəcəyinə ümid edir
Digər ölkələr
25 Mart , 2016 17:02
​Putin Kadırovu Çeçenistan rəhbərinin səlahiyyətlərini icra edən təyin edib

Bakı. 25 mart. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin Ramzan Kadırovun Çeçenistan Respublikasının rəhbəri səlahiyyətlərini icra etməsinə dair sərəncam imzalayıb. "Report"un TASS-a istinadən verdiyi məlumata görə, V.Putin R.Kadırovun sentyabrda keçiriləcək seçkidə iştirak edəcəyinə ümidvar olduğunu bildirib.

"Aprelin 5-də səlahiyyət müddətiniz bitir. Sizin son illər çeçenlər, Respublikanın əhalisi və bu minvalla Rusiya üçün gördüyünüz işləri nəzərə alaraq, bu gün mən bu fərmanı imzaladım. Ümid edirəm ki, bu ilin sentyabrında seçkilərdə iştirak edəcəksiniz. Hesab edirəm ki, seçki zamanı çeçen xalqı sizin respublika üçün etdiklərinizi nəzərə alacaq. Lakin biz etdiklərimizlə kifayətlənməməliyik. Gələcəyə baxaraq xalqımız üçün daha çox iş görməliyik", - V.Putin deyib. 

Qeyd edək ki, Ramzan Kadırov 15 fevral 2007-ci ildən Çeçenistan Respublikasına rəhbərlik edir. 

Son xəbərlər

Orphus sistemi