Yuxarı

​Putin Ərdoğana başsağlığı verib

Dövlət başçıları ən yaxın perspektivdə ikitərəfli görüşün keçirilməsi haqqında razılıqlarını təsdiq ediblər

Bakı. 17 iyul. REPORT. AZ/ Rusiya prezidenti Vladimir Putin Türkiyədə dövlət çevrilişi cəhdiylə əlaqədar türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefonla əlaqə saxlayıb. "Report"un məlumatına görə, bu barədə Rusiya prezidentinin saytında bildirilir.

Məlumata görə, Vladimir Putin aralarında mülki vətəndaşların və sui-qəsdçilərə qarşı mübarizə aparmış asayiş keşiçilərinin də olduğu çoxsaylı insan qurbanları ilə əlaqədar Rəcəb Tayyib Ərdoğana başsağlığı verib, həmçinin Türkiyədə tezliklə sabitliyin bərpa olunmasını arzulayıb.

Rusiyanın dövlət başçısı konstitusiya əleyhinə hərəkətlərin və zorakılığın qəti yolverilməzliyini vurğulayıb.

Bundan başqa, Putin qeyd edib ki, məhdudlaşdırıcı tədbirlərin aradan qaldırılmasından sonra Türkiyədə rusiyal turistlərinin sayı əhəmiyyətli dərəcədə artıb. Kreml rəhbəri bildirib ki, Türkiyədə rusiyalıların maksimal təhlükəsizliyinin təminatına ümid edir. 

Rəcəb Tayip Ərdoğan isə öz növbəsində bununla bağlı bütün lazımlı addımların atılacağını bildirib. Dövlət başçıları ən yaxın perspektivdə ikitərəfli görüşün keçirilməsi haqqında razılıqlarını təsdiq ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi