Puerto-Rikoda qayıq qəzası nəticəsində 5 nəfər ölüb

Digər ölkələr
  • 29 iyul, 2022
  • 05:12
Puerto-Rikoda qayıq qəzası nəticəsində 5 nəfər ölüb

Puerto-Rikoda Mona adası yaxınlığında qayığın qəzaya uğraması nəticəsində azı 5 nəfər ölüb.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Xilasedicilərin məlumatına görə, 66 sərnişin sudan çıxarılıb. Qayıqda olan digər şəxslərin axtarışı davam etdirilir. Onların dəqiq sayı barədə məlumat verilmir.

Qeyd edək ki, qayıq Haitidən olan miqrantları daşıyırmış.

44 filmi