Puerto Riko yenidən referendum keçirir

Digər ölkələr
  • 17 may, 2020
  • 03:19
Puerto Riko yenidən referendum keçirir

ABŞ-ın tabeliyində olan Puerto Riko ölkəsi noyabrın 3-də adanın statusu ilə bağlı referendum keçirəcək.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, müvafiq qanunu ştatın qubernatoru Vanda Vaskes imzalayıb.

Vətəndaşlara bir sual veriləcək - “Puerto Riko dərhal ABŞ-ın tərkibinə daxil olmalıdırmı?”.

Qeyd edək ki, ada hökuməti Puerto-Rikonun statusuna dair iki dəfə referendum keçirib. Hər iki halda seçicilərin əksəriyyəti bu adanın 51-ci ştat olması təklifinin lehinə səs verib. Lakin adanın statusunun dəyişdirilməsi Konqres tərəfindən bəyənilməlidir.

Puerto-Riko 1898-ci ildə İspaniya-Amerika müharibəsindən sonra ABŞ-ın tabeliyinə keçib və 1917-ci ildə Vaşinqton bu adanın sakinlərinə Amerika vətəndaşlığı verib. Lakin Puerto-rikoluların ABŞ Senatında və Konqresdə səsvermə hüququ və digər siyasi hüquqları yoxdur.

Son xəbərlər

Bütün Xəbər Lenti