Prezident İlham Əliyev Pakistanın yeni baş nazirini təbrik edib

Digər ölkələr
  • 18 avqust, 2018
  • 18:43
Prezident İlham Əliyev Pakistanın yeni baş nazirini təbrik edib
İlham Əliyev

Bakı. 18 avqust. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın yeni Baş naziri İmran Xana təbrik məktubu göndərib.

"Report" xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Baş nazir,

Pakistan İslam Respublikasının Baş naziri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Pakistanı dost və qardaş xalqlarımızın iradəsindən qaynaqlanan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri birləşdirir. Ümidvaram ki, qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığımız bundan sonra da müvəffəqiyyətlə inkişaf edəcək və möhkəmlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Pakistan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 avqust 2018-ci il.

Son xəbərlər

Bütün Xəbər Lenti