Tramp ABŞ-ın daxili işlər naziri vəzifəsinə namizəd irəli sürüb
Digər ölkələr
- 04 fevral, 2019
- 20:36
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 5 fevral. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların daxili işlər naziri vəzifəsinə namizəd irəli sürüb.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri özünün "Twitter" səhifəsində yazıb.
Donald Tramp bu vəzifəyə ölkənin daxili işlər naziri vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Devid Bernhardın namizədliyini irəli sürüb.
"Daxili işlər naziri vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Devid Bernhardın namizədliyinin daxili işlər naziri vəzifəsinə irəli sürüləcəyini xəbər verməyimə şadam", - deyə Tramp yazıb.
Tramp bundan əvvəl ABŞ-ın kəşfiyyat xidməti orqanlarına inanmadığını bildirib.
Son xəbərlər
22:55
İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu
Futbol
22:43
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib
Digər ölkələr
22:33
"Telegraph": Britaniyanın ən böyük qaz anbarı bağlanmaq təhlükəsi ilə üzləşib
Digər ölkələr
22:27
Tamar İoseliani: Bakı-Tbilisi-Qars dəmir yolu regional əməkdaşlığın uğurlu nümunəsidir
Region
22:24
Mahir Emreli "Rakuv"un heyətində yeddinci qolunu vurub
Futbol
22:15
Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq"
Futbol
22:14
Ərdoğan sabah İstanbulda yunanıstanlı həmkarı ilə görüşəcək
Region
21:53
Nigerdə yaraqlıların hücumu nəticəsində 13 hərbçi ölüb
Digər ölkələr
21:46
Foto
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı müdafiə sahəsində əməkdaşlığı müzakirə edib
Digər ölkələr