Makedoniya rəsmən Şimali Makedoniya adlandırılıb

Makedoniya rəsmən Şimali Makedoniya adlandırılıb Bakı. 13 fevral. REPORT.AZ/ Makedoniya Respublikasının adının rəsmən Şimali Makedoniyaya dəyişdirilməsi haqqında Prespansk razılaşması qüvvəyə minib.
Digər ölkələr
21577
13 Fevral , 2019 02:51
Makedoniya rəsmən Şimali Makedoniya adlandırılıb

Bakı. 13 fevral. REPORT.AZ/ Makedoniya Respublikasının adının rəsmən Şimali Makedoniyaya dəyişdirilməsi haqqında Prespansk razılaşması qüvvəyə minib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda ölkənin xarici işlər naziri Nikola Dmitrov özünün "Twitter" səhifəsində yazıb.

O, bildirib ki, Prespansk razılaşması qüvvəyə minib. "Qoy bu gün Yunanıstan Şimali Makedoniya arasında uzun dostluğun başlanğıcı olsun. Biz keçmişimizi dəyişdirə bilmirik, amma gələcək dostluqları, əməkdaşlıqları və əməkdaşlıqları müəyyən edə bilirik və edəcəyik", - deyə Dmitrov yazıb.

Xatırladaq ki, Makedoniya parlamenti bu ilin 11 yanvarında ölkənin adının dəyişdirilməsini təsdiq edib. Makedoniya parlamentinin deputatları ölkənin adının dəyişdirilməsi üçün konstitusiyaya düzəlişlər edilməsi haqqında qanunu təsdiqləyiblər.

Son xəbərlər

Orphus sistemi