Portuqaliyada meşə yanğınları qurbanlarının sayı 41 nəfərə çatıb

Digər ölkələr
  • 17 oktyabr, 2017
  • 19:31
Portuqaliyada meşə yanğınları qurbanlarının sayı 41 nəfərə çatıb

Bakı. 17 oktyabr. REPORT.AZ/ Portuqaliyada meşə yanğınları nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə ölkə hökumətinə istinadən AFP məlumat yayıb.

"Portuqaliyada oktyabrın 15-dən başlayan meşə yanğınları nəticəsində 41 nəfər dünyasını dəyişib", — deyə məlumatda qeyd olunur.

Bundan əvvəl ölənlərin sayının 35 nəfər olduğu bildirilirdi.