Portuqaliyada koronavirus xəstələrinə seçki günü evlərini tərk etməyə icazə veriləcək

Portuqaliyada koronavirus xəstələrinə seçki günü evlərini tərk etməyə icazə veriləcək Portuqaliya hakimiyyəti koronavirus xəstəsi olan ölkə sakinlərinə yanvarın 30-da seçkilərdə iştirak üçün evlərini tərk etməyə icazə verəcək.
Digər ölkələr
20 Yanvar , 2022 06:16
Portuqaliyada koronavirus xəstələrinə seçki günü evlərini tərk etməyə icazə veriləcək

Portuqaliya hakimiyyəti koronavirus xəstəsi olan ölkə sakinlərinə yanvarın 30-da seçkilərdə iştirak üçün evlərini tərk etməyə icazə verəcək.

"Report" xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Bəyanat ölkədə koronavirusa yoluxma hallarında gündəlik rekord artım - 43 729 yoluxma hadisəsi qeydə alındıqdan sonra verilib.

Portuqaliyanın daxili işlər naziri Fransisko van Dunem karantində olan seçicilərə bir saat ərzində seçki məntəqələrinə gəlməyi tövsiyə edib.

Hazırda Portuqaliyada əhalinin demək olar ki, 90%-i tam peyvənd olunub. Xəstəxanaya yerləşdirmə və ölüm hallarının sayı əvvəlki dövrlərlə müqayisədə aşağıdır.

Son xəbərlər

Orphus sistemi