Yuxarı
    Bağlamaq

    Portuqaliyada keçirilən parlament seçkilərində hakim koalisiya öndədir

    “Portuqaliya İrəli” koalisiyası ən çox mandat qazanan siyası qüvvə oldu

    Bakı. 5 oktyabr. REPORT.AZ/ Ötən gün Portuqaliyada keçirilən parlament seçkilərinin ilkin nəticələri məlub olub.

    “Report”un məlumatına görə, hazırda hakimiyyətdə olan Baş nazir Pedru Pasuş Koelyunun rəhbərlik etdiyi “Portuqaliya İrəli” koalisiyası 230 nəfərlik parlamentdə ən çox mandat qazanan qüvvə olub.

    Bülletenlərin 87 faizinin nəticələrini açıqlayan Mərkəzi Seçki Komissiyası, seçki məntəqələrinə gələn vətəndaşların 39 faizinin “Portuqaliya İrəli” koalisiyasına dəstək verdiyini açıqlayıb.

    Seçkilərdə hakim koalisiyanın əsas rəqibi hesab olunan Portuqaliya Sosialist Partiyası isə səslərin 31 faizini toplayaraq ikinci olub.

    Parlamentdə təmsil olunma hüququ qazanan üçüncü siyasi qvvə isə Sol Partiyalar Bloku olub. Bu blok səslərin 9 fazini əldə edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi