Portuqaliyada baş vermiş meşə yanğınlarında 27 nəfər ölüb

Portuqaliyada baş vermiş meşə yanğınlarında 27 nəfər ölüb Ölkə ərazisində hələ də 145 yerdə yanğın davam edir, onlardan 32-si ciddi hesab olunur
Digər ölkələr
16 Oktyabr , 2017 15:32
Portuqaliyada baş vermiş meşə yanğınlarında 27 nəfər ölüb
REUTERS

Bakı. 16 oktyabr. REPORT.AZ/ Portuqaliyanın mərkəzində və şimalında baş verən genişmiqyaslı meşə yanğınları nəticəsində azı 27 nəfər ölüb, təxminən, 51 nəfər xəsarət alıb.

Bu barədə "Report" "Reuters" agentliyinə istinadən xəbər verir.

Portuqaliyanın Vətəndaş Müdafiə Xidmətinin sözçüsü Patrisiya Qasparın sözlərinə görə, ölkə ərazisində hələ də 145 yerdə yanğın davam edir, onlardan 32-si ciddi hesab olunur.

İngilis versiyası Portugal wildfires kill 27

Son xəbərlər

Orphus sistemi