Portuqaliyanın Madeyra adasında turistləri daşıyan avtobusun qəzaya uğraması nəticəsində 28 nəfər ölüb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Bildirilir ki, avtobus sürücüsü dağ yolunda idarəetməni itirib və yol kənarında olan binaya çırpılıb.
Hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası və 10-dan çox "təcili yardım" maşını gəlib.
Zərərçəkənlərin dəqiq sayı barədə məlumat yoxdur.