Portuqaliya Prezidenti hökumət başçısının istefasını qəbul edib
Digər ölkələr
- 07 noyabr, 2023
- 17:12
Portuqaliya Prezidenti Marselu Rebelu ölkənin Baş naziri Antoniu Koştanın istefasını qəbul edib.
Bu barədə “Report” “CNN Portugal” telekanalına istinadən xəbər verir.
“İstefam prezident tərəfindən qəbul edildi”, - A.Koşta deyib.
Yerli KİV Baş nazirin korrupsiya araşdırması fonunda evində axtarış aparılması, silahdaşlarının həbs edilməsindən sonra istefa vermək qərarına gəldiyini yazıb.
İstintaq çərçivəsində müstəntiqlərin diqqətini Portuqaliyanın şimalında litium kəşfiyyatı və Sineşdə yaşıl hidrogen meqalayihəsi cəlb edilib. Müstəntiqlər A.Koşta administrasiyasının rəhbəri Vitor Eskariyanı, baş nazirin məsləhətçisi Laserda Maçadonu və Sineş şəhərinin meri Nunu Maskarenyaşı dindiriblər.
Son xəbərlər
00:02
Tramp: Suriyada ABŞ hərbçilərinin qətlinə görə İŞİD-i ciddi qisas gözləyir
Digər ölkələr23:50
Zelenski gələn həftə Trampın nümayəndələri ilə görüşəcək
Digər ölkələr23:46
Hava zərbəsi nəticəsində BMT-nin Sudandakı obyektində azı 6 nəfər həlak olub
Digər ölkələr23:33
Hakan Fidan: Biz yaxşı olmaq istədiyimiz üçün yaxşı davranırıq
Digər23:29
Video
Qərbi Azərbaycan Xronikası: Tirkeş sözünün mənası Azərbaycan döyüş mədəniyyətində nəyi açır?
Daxili siyasət23:16
Salah Premyer Liqada Runinin rekordunu keçib
Futbol22:57
Qazaxda yol qəzasında ikisi əcnəbi olmaqla üç nəfər xəsarət alıb - YENİLƏNİB
Hadisə22:37
Ukraynanın Trampın sülh planına cavabının təfərrüatları məlum olub
Digər ölkələr22:32
Video