Yuxarı
    Bağlamaq

    Poroşenko: “Qubernatorların şəxsi ordusu olmayacaq”

    Bu, aydın hərbi vertikal boyunca subordinasiya olunacaq və qubernatorların heç birinin şəxsi ordusu olmayacaq”

    Bakı. 24 mart. REPORT.AZ/ Ukraynanın hakim elitası arasında gərginliyin artdığı bir vaxtda, prezident Pyotr Poroşenko bəyan edib ki, ölkə qubernatorlarının şəxsi ordusu olmayacaq.

    “Ərazinin müdafiəsinə gəlincə, bu, aydın hərbi vertikal boyunca subordinasiya olunacaq və qubernatorların heç birinin şəxsi ordusu olmayacaq”. "Report"un Azadlıq radiosuna istinadən xəbər verir ki, P.Poroşenko ordu komandirləri ilə görüşdə danışıb.

    Çıxışdan bir gün öncə silahlılar Ukrnafta dövlət enerji şirkətinin Kiyev ofisini tutub. 

    Ukrayna deputatı Sergey Leşenko martın 22-də deyib ki, bu silahlılar milyarder oliqarx, şərqi Dnipropetrovsk regionunun qubernatoru Igor Kolomoyskiyə bağlıdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi