Maykl Pompeo: "ABŞ Şimali Koreya ilə danışıqlarda istədiyini ala bilməyib"

Maykl Pompeo: "ABŞ Şimali Koreya ilə danışıqlarda istədiyini ala bilməyib" Dövlət katibi: "ABŞ və KXDR daha əvvəl əldə edilmiş razılaşmaların həyata keçirilməsi istiqamətində böyük addımlar atıblar"
Digər ölkələr
28 Fevral , 2019 12:27
Maykl Pompeo: ABŞ Şimali Koreya ilə danışıqlarda istədiyini ala bilməyib
NPR
0 : 00
0 : 00

Bakı. 28 fevral. REPORT.AZ/ "ABŞ və Koreya Xalq Demokratik Respublikası (Şimali Koreya) daha əvvəl Sinqapurda əldə edilmiş razılaşmaların həyata keçirilməsi istiqamətində böyük addımlar atıb".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Hanoyda jurnalistlərə açıqlamasında ABŞ dövlət katibi Maykl Popmeo deyib.

O, ABŞ və KXDR liderlərinin əldə etdikləri irəliləyişi müsbət qiymətləndirib, amma daha çoxuna nail olmağın qeyri-mümkünlüyünə görə təəssüfləndiyini bildirib.

Dövlət katibinin sözlərinə görə, ABŞ KXDR ilə danışıqlarda istədiyini ala bilməyib: "Kim Çen In ABŞ-ın tələblərini yerinə yetirməyə hazır deyildi". 

M.Pompeo əlavə edib ki, rəsmi Vaşinqton və Pxenyan nüvəsizləşdirmə mövzusunda danışıqları davam etdirəcək.

Son xəbərlər

Orphus sistemi