Polşanın eks-prezidenti Lex Valensaya qarşı cinayət işi açılıb

Polşanın eks-prezidenti Lex Valensaya qarşı cinayət işi açılıb O, ölkəsində və Avropada keçmiş SSRİ-yə qarşı mübarizə aparmış liderlərdən sayılır
Digər ölkələr
22 Avqust , 2017 18:40
Polşanın eks-prezidenti Lex Valensaya qarşı cinayət işi açılıb

Bakı. 22 avqust. REPORT.AZ/ Polşanın keçmiş prezidenti, Nobel Sülh Mükafatı laureatı Lex Valensaya qarşı cinayət işi açılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Polşa Mətbuat Agentliyi məlumat yayıb.

O, 1970-ci illərdə kommunistlərin xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməkdə ittiham olunur.

Qeyd edək ki, bir müddət əvvəl Lex Valensa bu sayaq ittihamları rədd etmişdi.

Xatırladaq ki, o, 1990-1995-ci ildə Polşanın prezidenti olub. Lex Valensa ölkəsində və Avropada keçmiş SSRİ-yə qarşı mübarizə aparmış liderlərdən sayılır. 

Son xəbərlər

Orphus sistemi