Polşanın Belarusla sərhəddə çəkdiyi hasarın ilk 50 km-nin tikintisini başa çatıb

Polşanın Belarusla sərhəddə çəkdiyi hasarın ilk 50 km-nin tikintisini başa çatıb Polşa Belarusla sərhəddə 5 metr hündürlükdə 50 km uzunluqda ilk hasar tikintisi başa çatıb.
Digər ölkələr
5 May , 2022 14:09
Polşanın Belarusla sərhəddə çəkdiyi hasarın ilk 50 km-nin tikintisini başa çatıb

Polşa Belarusla sərhəddə 50 km uzunluqda və 5 metr hündürlükdə ilk hasarın tikintisi başa çatıb.

“Report” xəbər verir ki, məlumatı UNIAN yayıb.

Bildirilib ki, Belarus tərəfdən divara zərər vurulub. Naməlum şəxs divarın metal hissəsini mişarlamağa cəhd edib, başqa bir hadisə zamanı isə dəmiri qırmağa çalışıblar.

Məlumata görə, Polşa sərhədçiləri hasarın altında iki tunel aşkar ediblər.

Qeyd edək ki, Polşa Belarusla sərhədboyu 180 km-dən uzun və 5,5 metr hündürlüyündə hasar çəkir. Hasarın bu ilin iyununda hazır olması planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi