Yuxarı

​Polşada yaşı 750 il olan palıd ağacı yanıb

Ağacı yandıran şəxsi on ilədək həbs cəzası gözləyir

Bakı. 24 noyabr. REPORT.AZ/ Polşada yanğın zamanı ölkənin ən yaşlı ağacı olan 750 yaşlı palıda ziyan dəyib.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, ilkin məlumatlara görə, ağac qəsdən yandırılıb.

Şprotava şəhər meşə gözətçisinin köməkçisi Cersi Vilanovskinin sözlərinə görə, yanğının söndürülməsinə bir sutkadan çox vaxt sərf olunub.

O, həmçinin əlavə edib ki, ağacın məhv olub-olmadığını yazda, yeni zoğlar cücərən zaman bilmək mümkün olacaq.

Ağac kral Boleslav Xrabrının şərəfinə "Xrabrıy" (Cəsur) adlanıb.

Sözügedən palıdın budaqlarının əhatəsi on metrdən, hündürlüyü isə 28 metrdən çoxdur.

Hazırda polis ağacı yandırmaqda şübhəli bilinən şəxsi tutmağa müvəffəq olub.

Yerli qanuna görə, günahı təsdiqlənəcəyi təqdirdə həmin şəxsi on ilədək həbs cəzası gözləyir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi