Polşada virusdan 28 nəfər ölüb

Digər ölkələr
  • 26 fevral, 2020
  • 08:52
Polşada virusdan 28 nəfər ölüb

Polşada indiyə qədər koronavirusa yoluxma halı qeydə alınmayıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Polşanın Səhiyyə naziri Lukaş Şumovski bildirib.

O əlavə edib ki, qış mövsümü başlayandan bəri 28 nəfər adi qrip virusundan ölüb. 

“Qripə yoluxduğuna görə, 11 min nəfər xəstəxanaya yerləşdirilib”, - nazir deyib.