Polşada sərnişin qatarı təcili yardım maşını ilə toqquşub - VİDEO

Polşada sərnişin qatarı təcili yardım maşını ilə toqquşub - VİDEO Polşada sərnişin qatarı təcili yardım maşınını vurub.
Digər ölkələr
6 Aprel , 2019 03:30
Polşada sərnişin qatarı təcili yardım maşını ilə toqquşub - VİDEO

Polşada sərnişin qatarı təcili yardım maşınını vurub. 

"Report" RİA Novosti-yə istinadən xəbər verir ki, bədbəxt hadisə Puşikova şəhərində baş verib. Hadisənin video görüntüsü artıq sosial şəbəkələrdə yayılıb.

Belə ki, ambulansın sürücüsü qadağanın siqnalına məhəl qoymayaraq yolu keçmək istəyib lakin qarşı tərəfdə şlaqbaunun olması onun irəliləməsinə maneə törədib.

Yerli "Glos Wielkopolski" nəşrinin verdiyi məlumata görə, nəticədə həkim və feldşer hadisə yerindəcə keçiniblər, sürücünün isə vəziyyəti kritikdir. 

Prokurorluqda hadisə ilə bağlı cinayət işi açılıb.

 

Son xəbərlər

Orphus sistemi