Polşada hərbi bazada atışma olub, bir nəfər ölüb

Digər ölkələr
  • 30 noyabr, 2017
  • 13:36
Polşada hərbi bazada atışma olub, bir nəfər ölüb
Fotolia / Vesta48

Bakı. 30 noyabr. REPORT.AZ/ Polşada hərbi bazada baş verən atışma nəticəsində bir nəfər ölüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, mühafizə şirkəti əməkdaşlarından biri növbəni təhvil verərəkən başqa bir mühafizəçi istiqamətində atəş açıb. 

Hadisə yerində hərbi polis əməkdaşları araşdırma aparır. Mühafizəçinin tapançası müsadirə olunub. Onun silah gəzdirməyə icazəsi olub-olmadığı araşdırılır.