Polşada bir gündə 10 nəfər şaxtadan ölüb

Polşada bir gündə 10 nəfər şaxtadan ölüb Keçən ilin noyabr ayından bəri ölkədə 65 nəfər donvurma nəticəsində dünyasını dəyişib
Digər ölkələr
9 Yanvar , 2017 13:49
Polşada bir gündə 10 nəfər şaxtadan ölüb

Bakı. 9 yanvar. REPORT.AZ/ Polşada güclü şaxta nəticəsində bir gün ərzində 10 nəfər ölüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə hökumətin təhlükəsizlik mərkəzi məlumat yayıb.

Ümumiyyətlə, keçən ilin noyabr ayından bəri Polşada 65 nəfər donvurma nəticəsində dünyasını dəyişib.

Sinoptiklərin verdiyi məlumata görə, ölkə ərazisində bəzi yerlərdə gecə havanın temperaturu mənfi 30 dərəcə təşkil edib.

Son xəbərlər

Orphus sistemi