Polşa Ukraynaya elektrik enerjisi satmağa hazırdır

Polşa Ukraynaya elektrik enerjisi satmağa hazırdır Polşa kömürün yandırılması nəticəsində əldə edilən elektrik enerjisini Ukraynaya satmağa hazırdır.
Digər ölkələr
1 Avqust , 2024 00:55
Polşa Ukraynaya elektrik enerjisi satmağa hazırdır

Polşa kömürün yandırılması nəticəsində əldə edilən elektrik enerjisini Ukraynaya satmağa hazırdır.

“Report” xəbər verir ki, bu barədə Polşa Seyminin (parlamentin aşağı palatası) Xarici Əlaqələr Komitəsinin rəhbəri Pavel Koval “Radio Zet” radiostansiyasının efirində bildirib.

O qeyd edib ki, rəsmi Varşavanın ETS (Aİ karbon ticarəti sistemi) çərçivəsində xərclərin qarşısını almaq üçün həll yolu var.

“Artıq ETS ilə bağlı həll yolumuz var. Bunun texniki cəhətdən necə göründüyünü hələlik deyə bilmərəm”, - parlamentari vurğulayıb.

Siyasətçi iddia edir ki, Varşavanın təklif etdiyi variant Avropa Komissiyasını razı salmalıdır. Onun sözlərinə görə, Polşa Kiyevə elektrik enerjisini ucuz qiymətə satmayacaq.

Qeyd edək ki, kömür yandırmaqla əldə olunan elektrik enerjisinin Ukraynaya verilməsini ilk dəfə Polşanın Baş naziri Donald Tusk iyulun 8-də Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdə təklif edib. Varşava həmçinin Kiyevə elektrik generatorlarının tədarükünü də artırmağa hazırlaşır.

Son xəbərlər

Orphus sistemi