Polşanın silah-sursat istehsalçısı olan “Dezamet” şirkəti Ukraynaya Avropa İttifaqı tərəfindən maliyyələşdirilən döyüş sursatı tədarükü üçün istehsalat güclərini əhəmiyyətli dərəcədə artıracaq.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu Polşanın Baş naziri Mateuş Moravetski bildirib.
Avropa Müdafiə Agentliyindən bildirilib ki, 17 üzv ölkə və Norveç bu həftə Ukraynaya kömək etmək və öz ehtiyatlarını artırmaq üçün birgə sursat almağa razılaşıb.
“Bu zavod (“Dezamet”i nəzərdə tutur – red.) yeni sifarişlərə və vəsaitlərə arxalana bilər, bu və sursat istehsal edən digər zavodlarda yeni istehsal xətlərini işə salacağıq. Biz istehsalatı mümkün qədər tez və bir neçə dəfə artırmaq istəyirik”, - M.Moravetski RMF radiostansiyasına açıqlamasında deyib.