Yuxarı

​Polşa prezidenti yol qəzasına düşüb

Komorovskinin içərisində olduğu tramvay relsdən çıxıb

Bakı. 13 aprel. REPORT.AZ/ Polşa prezidenti Bronislav Komorovski tramvayda yol qəzasına düşüb.

"Report" xəbər verir ki, Komorovski Lodza səfəri çərçivəsində tarixi tramvay marşrutu ilə rəmzi səyahət edib, lakin küçələrdən birində tramvay relsdən çıxıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, prezident yolunu iş avtobusunda davam etdirməli olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi