Polislər Saakaşvilinin şəxsi əşyalarına baxış keçiriblər

Polislər Saakaşvilinin şəxsi əşyalarına baxış keçiriblər Bakı. 9 dekabr. REPORT.AZ/ Kiyevdə Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvilinin saxlanıldığı müvəqqəti saxlama təcridxanasının mühafizəsi gücləndirilib.
Digər ölkələr
9 Dekabr , 2017 03:35
Polislər Saakaşvilinin şəxsi əşyalarına baxış keçiriblər

Bakı. 9 dekabr. REPORT.AZ/ Kiyevdə Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvilinin saxlanıldığı müvəqqəti saxlama təcridxanasının mühafizəsi gücləndirilib.

"Report"un məlumatına görə, bu barədə "Ukrainskaya pravda" xəbər verib.

Xəbərdə bildirilir ki, hazırda ərazidə Ukrayna Milli Qvardiyasının və polisinin əsgərləri yerləşdirilib.

Həmçinin qeyd edilir ki, Saakaşvilinin şəxsi əşyalarına baxış və onların üzərində axtarış keçirilib.

Hələlik vəkilləri onun yanına buraxmırlar.

Son xəbərlər

Orphus sistemi