​Podqoritsada nümayişçilər ilə polis arasında toqquşma olub, yaralılar var

​Podqoritsada nümayişçilər ilə polis arasında toqquşma olub, yaralılar var Xəsarət alanlar arasında parlamentin sədr müavini də var
Digər ölkələr
18 Oktyabr , 2015 02:49
​Podqoritsada nümayişçilər ilə polis arasında toqquşma olub, yaralılar var

Bakı. 18 oktyabr. REPORT.AZ/ Ötən gün axşam Çernoqoriyanın paytaxtı Podqoritsa şəhərində nümayişçilər ilə polis arasında toqquşma baş verib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli teleradio şirkəti RTCG məlumat yayıb.

Polis Demokratik Cəbhə nümayişçilərinin ölkə parlamenti qarşısındakı kordonu yarmasına mane olmaq üçün gözyaşardıcı qaz və səs qumbarası tətbiq edib. Xəsarət alanlar arasında parlamentin sədr müavini Branko Raduloviç, deputat Neboyşa Medoeviç də var.

Nümayişçilər Milo Cukanoviç hökumətinin qeyri-legitim olduğunu və seçkilərin nəticələrinin dəfələrlə təhrif edildiyini iddia edirlər. Nümayişçilər 20 gündür ki, parlament binası qarşısında çadır quraraq etiraz aksiyası keçirirlər. Şənbə günü polis aksiyanı dağıdıb.

Son xəbərlər

Orphus sistemi