PKK terrorçuları İraqda partlayış törədiblər, ölən və yaralanan var

PKK terrorçuları İraqda partlayış törədiblər, ölən və yaralanan var PKK terrorçuları tərəfindən İraqın şimalında Ərbil şəhərində təşkil edilən partlayış nəticəsində “peşmərgə” adlanan kürd silahlılarından biri həlak olub
Digər ölkələr
13 Mart , 2021 05:47
PKK terrorçuları İraqda partlayış törədiblər, ölən və yaralanan var

PKK terrorçuları tərəfindən İraqın şimalında Ərbil şəhərində təşkil edilən partlayış nəticəsində “peşmərgə” adlanan kürd silahlılarından biri həlak olub.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli “Rudaw” internet resursu bildirib.

Məlumata görə, hadisə Sidekan yaşayış məntəqəsi ərazisində baş verib. Bildirilir ki, yolun kənarına qoyulmuş partlayıcı qurğu silahlıların olduğu avtomobil ərazidən keçərkən işə düşüb. Partlayış zamanı daha bir silahlı yaralanıb.

Son xəbərlər

Orphus sistemi