​Pərviz Müşərrəf: "Taliban"ın üzvlərini Rusiyaya qarşı mübarizə aparmağa göndərmişdik"

​Pərviz Müşərrəf: "Taliban"ın üzvlərini Rusiyaya qarşı mübarizə aparmağa göndərmişdik" Pakistanın keçmiş prezidenti: "Taliban", "Hakkani", Usamə bin-Laden və əz-Zəvahiri onda bizim qəhrəmanlarımız idi"
Digər ölkələr
28 Oktyabr , 2015 12:18
​Pərviz Müşərrəf: Talibanın üzvlərini Rusiyaya qarşı mübarizə aparmağa göndərmişdik

Bakı. 28 oktyabr. REPORT.AZ/ "Pakistan 13-dən artıq terrorçu qruplaşmanı dəstəkləyərək, onların üzvlərini Hidistana və Rusiyaya göndərmişdi".

"Report" "TASS"a istinadən xəbər verir ki, bunu Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəf bildirib.

Keçmiş dövlət başçısı deyib ki, "Taliban"ı onlar hazırlayıb: "Onun üzvlərini Rusiyaya qarşı mübarizə aparmağa göndərmişik. "Taliban", "Hakkani", Usamə bin-Laden və əz-Zəvahiri onda bizim qəhrəmanlarımız idi. Onlar sonradan qəddarlaşdılar".

P.Müşərrəfin sözlərinə görə, Pakistanda "Taliban" indi öz xalqına qarşı savaşır.

Qeyd edək ki, Pərviz Müşərrəf 2001- 2008-ci illərdə Pakistan prezidenti olub. 

Son xəbərlər

Orphus sistemi