Peruda qızıl mədəni çöküb, azı 8 nəfər həlak olub

Digər ölkələr
  • 01 aprel, 2019
  • 02:40
Peruda qızıl mədəni çöküb, azı 8 nəfər həlak olub

Peruda qızıl mədəninin çökməsi nəticəsində azı 8 nəfər həlak olub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Agence France Presse" (AFP) bildirib.

Qeyd edilir ki, hadisə ölkənin şimal-qərbində Libertad regionunda baş verib. Mədənin qanunsuz fəaliyyət göstərdiyi bildirilir. 

Hadisəyə mədənin tunelində qaz partlayışı səbəb olub. Qəza zamanı mədəndə 11 nəfər olub. Onlardan 3-ü mədəni özləri tərk edib. 

44 - Tezliklə