Peruda növbədənkənar parlament seçkiləri keçiriləcək

Peruda növbədənkənar parlament seçkiləri keçiriləcək Bu gün Peruda Milli Konqresə növbədənkənar seçkilər keçiriləcək.
Digər ölkələr
26 Yanvar , 2020 02:18
Peruda növbədənkənar parlament seçkiləri keçiriləcək

Bu gün Peruda Milli Konqresə növbədənkənar seçkilər keçiriləcək.

“Report” xəbər verir ki, Cənubi Amerika respublikasının birpalatalı qanunverici orqanında 130 yer uğrunda 21 partiya mübarizə aparacaq.

Ölkənin Seçki Komissiyasının məlumatına görə, yerli vaxtla səhər saat 8:00-da bütün ölkə üzrə 5,2 min seçki komissiyası fəaliyyətə başlayacaq, səsvermə saat 16:00-da başa çatacaq.

Təhlükəsizlik tədbirlərinə 135 min polis və 48 min hərbçi cəlb edilib. Səsvermədə iştirak icbaridir. Üzrlü səbəb olmadan səsvermədən yayınanlar yaşadığı ərazidən asılı olaraq cərimə olunacaqlar.

Son xəbərlər

Orphus sistemi