Peruda körpü uçub: 5 nəfər ölüb, onlarla insan itkin düşüb

Digər ölkələr
  • 03 yanvar, 2018
  • 06:20
Peruda körpü uçub: 5 nəfər ölüb, onlarla insan itkin düşüb

Bakı. 3 yanvar. REPORT.AZ/ Peruda körpünün uçması nəticəsində 5 nəfər ölüb, onlarla insan itkin düşüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Perunun Milli Mülki Müdafiə İnstitutu (INDECI) bildirib.

İnstitut bildirib ki, ölkənin La-Konvenson əyalətinin Kimbiri rayonunda Apurimak çayının üzərindəki asma körpünün uçması nəticəsində 5 nəfər suda boğularaq ölüb, onlarla insan itkin düşüb.

44 filmi