Peruda iki avtobus toqquşdu, 11 nəfər öldü

Peruda iki avtobus toqquşdu, 11 nəfər öldü Perunun cənubundakı Arekipa əyalətində iki avtobusun toqquşması nəticəsində azı 11 nəfər ölüb, daha 40 nəfər yaralanıb.
Digər ölkələr
25 Fevral , 2020 03:29
Peruda iki avtobus toqquşdu, 11 nəfər öldü

Perunun cənubundakı Arekipa əyalətində iki avtobusun toqquşması nəticəsində azı 11 nəfər ölüb, daha 40 nəfər yaralanıb.

“Report” RİA “Novosti” yə istinadən xəbər verir ki, bu barədə yerli “RPP” radiosu məlumat yayıb.

Qeyd olunub ki, iki avtobus bazar ertəsi günü Arekipa əyalətindəki Panamericana Sur avtomobil yolunda toqquşub. Qəzada 11 nəfərin öldüyü təsdiq edilib.

Onlardan 6 nəfəri hadisə yerində, digərləri isə xəstəxanalarda dünyasını dəyişib. Bundan əlavə, daha 40 nəfər tibbi yardım göstərilməsi üçün yerli xəstəxanalara yerləşdirilib.

Qəzaya səbəb kimi yüksək sürət göstərilir.

Son xəbərlər

Orphus sistemi