Peruda həbsxanada baş vermiş yanğında azı 5 nəfər ölüb
Digər ölkələr
- 16 oktyabr, 2024
- 21:18
Perunun Uankayo şəhərində həbsxanada baş vermiş yanğın nəticəsində azı beş nəfər həlak olub.
“Report” xəbər verir ki, bu barədə ölkənin Milli Penitensiar İnstitutu məlumat verib.
“Dünən təxminən saat 21:30-da Uankayo həbsxanasının pavilyonundakı ayaqqabı emalatxanasında yanğın baş verib. Müəssisənin mühafizəçiləri dərhal yanğınsöndürmə xidmətinə məlumat veriblər və onlar 30 əməkdaş və 6 maşın göndəriblər”, – məlumatda deyilir.
Qurumun sözlərinə görə, beş nəfər boğularaq ölüb. “La Republica” qəzetinin məlumatına görə, 35 nəfər xəsarət alıb, onlardan 8-i ağır vəziyyətdə xəstəxanadadır. İlkin məlumatlara görə, yanğının səbəbi qısaqapanma olub.
Həbsxana 680 məhbus üçün nəzərdə tutulub, lakin orada 2 mindən çox insan saxlanılır.
Son xəbərlər
12:01
Azərbaycanda innovasiya sektorunun illik gəlirləri və ixrac həcmi 10 dəfə artırıla bilər
İKT12:00
DÇ-2026: 1/8 final mərhələsinə yekun vurulur
Futbol11:51
Tibo Kurtua mundiallarda ən çox oyun keçirən qapıçılar sırasında ilk "üçlüy"ə daxil olub
Futbol11:47
Hakan Fidan: Ən çətini Donald Trampı NATO sammitində iştiraka razı salmaq idi
Digər ölkələr11:47
Culfada avtomobil 65 yaşlı piyadanı vuraraq öldürüb
Hadisə11:44
Azər Əmiraslanov: "Ölkədə rəqəmsal iqtisadiyyat və dövlət idarəçiliyi vahid sistemdə birləşdirilir"
İKT11:43
Foto
Video
Abşeronda 7 əl qumbarası, 2 avtomat, 1 tapança aşkarlanıb
Hadisə11:37
Video
Dəməşqdə Makronun qaldığı hotelin yaxınlığında partlayışlar baş verib
Digər ölkələr11:35