Peruda daşqın qurbanlarının sayı 90 nəfərə çatıb

Peruda daşqın qurbanlarının sayı 90 nəfərə çatıb Təbii fəlakət ümumilikdə 863 nəfərə toxunub
Digər ölkələr
26 Mart , 2017 00:39
Peruda daşqın qurbanlarının sayı 90 nəfərə çatıb

Bakı. 26 mart. REPORT.AZ/ Peruda güclü daşqınlar nəticəsində ölənlərin sayı 90 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə “20 minutos” portalı məlumat yayıb.

Bundan əvvəl 84 nəfərin öldüyü, 20 nəfərin itkin düşdüyü və 209 yaralının olduğu məlumat verilmişdi.

Təbii fəlakət ümumilikdə 863 nəfərə toxunub. Onların 347 nəfəri yaralıdır. Təqribən 200 min evə və digər tikililərə ziyan dəyib.

Son xəbərlər

Orphus sistemi