Peruda avtobus qəzası nəticəsində ölənlərin sayı 48-ə çatıb - YENİLƏNİB

Peruda avtobus qəzası nəticəsində ölənlərin sayı 48-ə çatıb - YENİLƏNİB Ölənlərin sayının artacağı istisna olunmur
Digər ölkələr
3 Yanvar , 2018 06:18
Peruda avtobus qəzası nəticəsində ölənlərin sayı 48-ə çatıb - YENİLƏNİB
Nv.ua

Bakı. 3 yanvar. REPORT.AZ/ Perunun paytaxtı Limanın şimalında avtobusun uçuruma aşması nəticəsində ölənlərin sayı 48-ə çatıb.

"Report" RT-yə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb. 


***01:15

Bakı. 3 yanvar. REPORT.AZ/ Peruda yük maşını ilə sərnişin avtobusun toqquşması nəticəsində azı 25 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" yerli yol polisinin nümayəndəsi Dino Eskuderoya istinadən məlumat yayıb.

Hadisə paytaxt Limadan 70 km məsafədə, "İblisin döngəsi" adlı aşırım ərazidə baş verib. Toqquşmadan sonra içərisində 50 sərnişinin olduğu avtobus 100 metr hündürlükdən uçuruma aşıb.

Hadisənin baş verdiyi ərazinin az qala əlçatmaz yerdə olduğundan xilasetmə işləri ləngiyir. Ölənlərin sayının artacağı istisna olunmur. 

Son xəbərlər

Orphus sistemi