Peruda ağır yol qəzası baş verib: 11 ölü, 25 yaralı

Peruda ağır yol qəzası baş verib: 11 ölü, 25 yaralı Pasko regionunda sərnişin avtobusu ilə yük avtomobili toqquşub
Digər ölkələr
15 May , 2017 04:56
Peruda ağır yol qəzası baş verib: 11 ölü, 25 yaralı
Courtesy İmage

Bakı. 15 may. REPORT.AZ/ Peruda bir neçə nəfərin ölümü və xəsarət alması ilə nəticələnmiş ağır yol qəzası baş verib. 

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin yol polisi məlumat yayıb.

Məlumatda bildirilir ki, sərnişin avtobusu ilə yük avtomobilinin toqquşması nəticəsində azı 11 nəfər ölüb. "Andina" agentliyinin xəbərində bildirilir ki, hadisə Cənubi Amerika ölkəsinin Pasko regionunun mərkəzi şosesində baş verib. 

Qəzanın başvermə səbəbi hələlik məlum deyil.

Qəza zamanı həmçinin azı 25 nəfər xəsarət alıb.  

Son xəbərlər

Orphus sistemi