Peru hakimiyyəti iğtişaşlar səbəbindən 15 əyalətdə komendant saatı tətbiq edib

Peru hakimiyyəti iğtişaşlar səbəbindən 15 əyalətdə komendant saatı tətbiq edib Peru hakimiyyəti hökumət əleyhinə mitinqlərlə əlaqədar 15 departamentdə (əyalət) komendant saatı tətbiq edib.
Digər ölkələr
16 Dekabr , 2022 07:24
Peru hakimiyyəti iğtişaşlar səbəbindən 15 əyalətdə komendant saatı tətbiq edib

Peru hakimiyyəti hökumət əleyhinə mitinqlərlə əlaqədar 15 departamentdə (əyalət) komendant saatı tətbiq edib.

“Report” xəbər verir ki, bu barədə yerli RPP radiostansiyası Prezident Dina Boluartenin fərmanına istinadən məlumat yayıb.

Qeyd edilir ki, vətəndaşların axşam və gecə saatlarında sərbəst hərəkətinə qadağa Anqaraes, Andauaylas, Arekipa, Viru, İka, Kanqalo, Karabayya, Konvenson, Kusko, Pisko, San-Roman, Tayakaxa, Çinçeros, Çumbivilkas və Espinar əyalətlərinə aid ediləcək. Tədbir beş gün ərzində qüvvədə olacaq.

Dekabrın 7-də Peru Konqresi qiyam və vəzifə səlahiyyətlərindən sui-istifadədə şübhəli bilinərək polis tərəfindən saxlanılan prezident Pedro Kastiloya qarşı impiçment elan edib.

Bundan sonra ölkədə növbədənkənar seçkilərin keçirilməsi tələbi ilə hökumət əleyhinə aksiyalar başlayıb. Daha sonra Perunun Müdafiə Nazirliyinin rəhbəri Alberto Otarola bildirib ki, hakimiyyət bütün ölkə ərazisində fövqəladə vəziyyət elan edib.

Son xəbərlər

Orphus sistemi