Pentaqon Ukraynaya yeni hərbi yardım paketinin ayrıldığını açıqlayıb
Digər ölkələr
- 28 oktyabr, 2022
- 17:00
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Ukraynaya 275 milyon dollarlıq növbəti hərbi yardım paketi ayırıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə cümə günü keçirdiyi brifinqdə ABŞ Müdafiə Nazirliyinin mətbuat katibinin müavini Sabrina Sinq məlumat verib.
“Nazirlik müdafiə sektorunda ehtiyacların ödənilməsi üçün Ukraynaya 275 milyon dollar məbləğində təhlükəsizlik yardımının 24-cü tranşının ayrıldığını elan edir”, - o deyib.
Qurumdan bildirilib ki, Ukraynaya yeni hərbi yardım paketinə HIMARS üçün raketlər, artilleriya mərmiləri, “Humvee” zirehli maşınları və atıcı silahlar daxildir.
Son xəbərlər
17:33
Krakovda növbəti dəfə atışma olub, polis şübhəli şəxsi saxlayıb
Digər ölkələr
17:33
"Arsenal" yetirməsi Cek Talbotla peşəkar müqavilə imzalayıb
Futbol
17:28
Azərbaycan şirkəti manatla, illik 15 % gəlirliliklə istiqraz buraxır
Maliyyə
17:24
Putin Uitkoff və Kuşnerdən Ukrayna üzrə danışıqların perspektivlərini dəyərləndirməyi istəyib
Region
17:24
Tramp: ABŞ-yə İranla razılaşma artıq lazım deyil
Digər ölkələr
17:21
Məhkəmə II Qareginin qardaşını şərti olaraq üç il müddətinə azadlıqdan məhrum edib
Region
17:21
Tramp Meksikaya qarşı rüsumları iki dəfə artırmaqla hədələyib
Digər ölkələr
17:18
Foto
Mətbuat Şurasında azərbaycançılıq ideyası və yeni dövrün çağırışları müzakirə edilib
Daxili siyasət
17:13
"Kristal Pelas" baş məşqçi Pyer Sajla yolları ayırdığını açıqlayıb
Futbol