Pentaqon nüvə raketlərinin yerləşdirmə xərcini 10 milyard dollar artırıb

Pentaqon nüvə raketlərinin yerləşdirmə xərcini 10 milyard dollar artırıb ABŞ Müdafiə Nazirliyi yeni yürüstü nüvə raketlərinin yerləşdirilməsinin təxmin edilən xərclərini 95,8 milyard dollara çatdırıb.
Digər ölkələr
1169
20 Oktyabr , 2020 13:30
Pentaqon nüvə raketlərinin yerləşdirmə xərcini 10 milyard dollar artırıb

ABŞ Müdafiə Nazirliyi yeni yürüstü nüvə raketlərinin yerləşdirilməsinin təxmin edilən xərclərini 95,8 milyard dollara çatdırıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Defence News”a həftəliyi Pentaqondakı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, planlaşdırılan xərclər dörd il əvvəlki “təxmin”lə müqayisədə, demək olar, 10 milyard ABŞ dolları çoxdur.

Yeni qitələrarası ballistik raketlər (ICBMs) son 50 ildə arsenalda olan “Minuteman III”-nü əvəz edəcək. Nəşr yazır ki, onların yerləşdirilməsi yaxın bir neçə onillikdə həyata keçiriləcək ABŞ-ın nüvə arsenalının demək olar tamamilə dəyişdirilməsi çərçivəsində baş tutacaq. İlkin hesablamalara görə, proqramın icrası 1,2 trilyon dollara başa gələcək.

Amerikalı ekspertlərin fikrincə, ABŞ ordusunda hər biri 300 və ya 335 kiloton tutumlu nüvə yükü ilə təchiz edilmiş təxminən 400 “Minuteman III” var. Onlar “Malmstrom” (Montana ştatı), “Mayno” (Şimali Dakota ştatı) və “Fransis Uorren” (Vayominq ştatı) bazalarında hazır vəziyyətdədirlər. Digər 50 şaxta ehtiyatdadır: lazım olduqda onlar dərhal ballistik raketlərlə yüklənə bilərlər. Pentaqon bu raketlərin 2036-cı ilə qədər yeniləri ilə əvəz olunacağını ümid edirdi.

Son xəbərlər

Orphus sistemi