Yuxarı

ABŞ: İŞİD kimyəvi silahdan istifadə edə bilər

Son döyüşlərdə iştirak edən 60-dək kürd silahlısı nəfəs almaqda çətinlik çəkir

Bakı. 14 avqust. REPORT.AZ/ ABŞ rəsmiləri İŞİD qruplaşmasının kimyəvi silahdan istifadəsi ilə bağlı məlumatları araşdırır. 

"Report"-un BBC-yə istinadən verdiyi xəbərə görə, son döyüşlərdə iştirak edən 60-dək kürd silahlısı nəfəs almaqda çətinlik çəkdiklərini bildiriblər.

Ekspertlər hesab edir ki, İŞİD kürdlərin olduğu ərazidə "Iprit" adlı qadağan olunmuş zəhərli maddəni yayıb.

ABŞ Təhlükəsizlik Şurasının nümayəndələri  kimyəvi silahın istifadəsinə dair məlumatı araşdıracaqlarını vəd ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi