ABŞ Ukraynanı hazırda Qərbin Kiyevə ötürdüyü silahlarla müqayisədə daha uzaqmənzilli silahlarla təmin etmək imkanını nəzərdən keçirməyə hazırdır.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin müavini Ketlin Hiks bildirib.
“Biz ukraynalıların istədikləri silah növlərinə onlara bir az daha çox uzunluq və məsafə qatmaq baxımından yenidən nəzər salacağıq”, - ABŞ hərbi departamenti rəhbərinin birinci müavini deyib.
O, Vaşinqtonun Kiyevə potensial olaraq onların Rusiya ərazisindəki hərbi aerodromları vurmağa imkan verəcəyi silah ötürmək variantını nəzərdən keçirməyə hazır olub-olmayacağı ilə bağlı suala cavab verərkən belə deyib: “Bu paketlər (Kiyevə hərbi yardım mənasında – red.) açıqlanmayana qədər nə isə demək, prezident qərarlarını qabaqlamaq istəməzdim. Yenə də biz bu paketləri çox sürətlə həyata keçiririk. Düşünürəm ki, yaxın günlərdə daha çoxunu özünüz görəcəksiniz”, - nazir müavini bildirib.