Pəncşirdə “Taliban”ın 600 silahlısı məhv edilib

Pəncşirdə “Taliban”ın 600 silahlısı məhv edilib Əfqanıstanın Pəncşir əyalətindəki müqavimət qüvvələrinin nümayəndəsi Fahim Daşti bu gün “Taliban” hərəkatının 600 silahlısının zərərsizləşdirildiyini açıqlayıb.
Digər ölkələr
4 Sentyabr , 2021 20:10
Pəncşirdə “Taliban”ın 600 silahlısı məhv edilib

Əfqanıstanın Pəncşir əyalətindəki müqavimət qüvvələrinin nümayəndəsi Fahim Daşti bu gün “Taliban” hərəkatının 600 silahlısının zərərsizləşdirildiyini açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə o, özünün tvittrdəki hesabında yazıb.

“Səhər saatlarından Pəncşirin ayrı-ayrı rayonlarında 600-ə yaxın silahlı zərərsizləşdirilib. “Taliban”ın 1 000-dən çox döyüşçüsü ələ keçirilib və ya silahı yerə qoyub”, - Daşti tvitterdə yazıb.

Onun sözlərinə görə, “taliblər” ölkənin digər ərazilərindən təchizatla bağlı çətinliklərlə üzləşiblər.

Qeyd edək ki, “Taliban” hərəkatı ötən ayın əvvəllərində Əfqanıstanda hökumət qüvvələrinə qarşı hücumları genişləndirib. Bunun nəticəsi olaraq avqustun 15-də paytaxt Kabil hərəkatın silahlılarının əlinə keçib.

Son xəbərlər

Orphus sistemi