ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi 83 yaşında yenidən Konqresə seçilmək niyyətində olduğunu açıqlayıb.
“Report” xəbər verir ki, o, bu barədə “X”də yazıb.
“Ölkəmizə Amerika bayrağımızın hələ də hamı üçün azadlıq və ədalətin yanında olduğunu göstərmək üçün lazımdır. Ona görə də yenidən seçilmək üçün namizədliyimi verirəm və hörmətlə sizdən dəstəyinizi istəyirəm”, - paylaşımda deyilir.
Qeyd edək ki, Konqresin aşağı palatasına seçkilər 2024-cü ildə keçiriləcək.