Parlament Sisiyə Liviyaya ordu göndərməsinə icazə verdi

Parlament Sisiyə Liviyaya ordu göndərməsinə icazə verdi Misir parlamenti ölkə prezidenti Abdel Fəttah əs-Sisiyə dövlətin milli təhlükəsizliyini qorumaq üçün Liviyaya ordu göndərmək səlahiyyətini özündə ehtiva edən konstitusiyaya düzəlişi qəbul edib.
Digər ölkələr
21 İyul , 2020 03:22
Parlament Sisiyə Liviyaya ordu göndərməsinə icazə verdi

Misir parlamenti ölkə prezidenti Abdel Fəttah əs-Sisiyə dövlətin milli təhlükəsizliyini qorumaq üçün Liviyaya ordu göndərmək səlahiyyətini özündə ehtiva edən konstitusiyaya düzəlişi qəbul edib.

“Report” xəbər verir ki, bu barədə “TASS”a parlamentdəki mənbə məlumat verib.

Deputatlar prezidentə hərbçilərdən Liviyanın milli təhlükəsizliyini, Misir və ərəb dövlətlərini qorumaq üçün istifadə etmək səlahiyyəti veriblər.

Parlamentin iclası prezidentin ölkənin milli təhlükəsizliyini qorumaq üçün müvafiq addımlar atmasına icazə vermək üçün lazım olan konstitusiya prosedurları çərçivəsində keçirilib.

Xarici ölkələrə ordu göndərilməsi konstitusiyanın 152-ci maddəsi ilə tənzimlənir və Milli Müdafiə Şurasının təsdiqini, həmçinin parlament üzvlərinin üçdə ikisinin razılığını tələb edir.

Son xəbərlər

Orphus sistemi