Parisdə “sarı jiletli”lərin növbəti aksiyası keçirilir

Parisdə “sarı jiletli”lərin növbəti aksiyası keçirilir Fransa hökuməti tərəfindən yeni koronavirusa qarşı tədbirlər çərçivəsində kütləvi tədbirlərə qadağa qoyulmasına baxmayaraq “sarı jiletli”lər Parisdə növbəti etiraz aksiyasını keçirir.
Digər ölkələr
14 Mart , 2020 17:36
Parisdə “sarı jiletli”lərin növbəti aksiyası keçirilir

Fransa hökuməti tərəfindən yeni koronavirusa qarşı tədbirlər çərçivəsində kütləvi tədbirlərə qadağa qoyulmasına baxmayaraq “sarı jiletli”lər Parisdə növbəti etiraz aksiyasını keçirir.

“Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, Montparnas vağzalı yaxınlığında toplaşan izdiham polis və jandarmanın müşayiəti ilə yürüşə başlayıb.

Son məlumata görə, Fransada koronavirusa yoluxanların sayı 3 661, ölənlərin sayı 79 nəfərdir.

Ötən gün hərəkat fəalları hökumətin 100 nəfərdən çox yığıncaqları qadağasına fikir verməyib etirazlara davam etmək çağırışı yaymışdı.

Xatırladaq ki, “sarı jiletli”lər 2018-ci il noyabrın 17-dən etibarən hər şənbə günü sosial tələblərlə ölkə boyu etiraz aksiyaları keçirir. Bu aksiyalar zamanı vaxtaşırı olaraq polislə toqquşmalar baş verir.

Son xəbərlər

Orphus sistemi